Dərc edilib: 23-11-2017

https://www.nuh.az/13675-.html

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü

23.11.2017 19:57:20

LIVE

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.
 

 

Bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.
 
O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.
 
Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
 
Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

    NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib