Dərc edilib: 24-11-2017

https://www.nuh.az/13687-.html

Məhəmməd Nooyevin 60 yaşı tamam olur

24.11.2017 16:34:01

Cəmiyyət

Məhəmməd Nooyevin 60 yaşı tamam olur

 

Azərbaycan-Avar İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının  Səbail rayon təşkilatı Siyasi Şurasının üzvü, ölkənin şimal-qərb bölgəsinin nüfuzlu şəxslərindən biri olan hörmətli  Məhəmməd Nooyevin  60 yaşı tamam olur.

M.Nooyev  26 noyabr 1957-ci ildə Balakən rayonunun Qabaqçöl  qəsəbəsində anadan olmuşdur. İki ali təhsil  almış Məhəmməd  Nooyev  uzun illər  doğma rayonunda  iqtisadiyyatın müxtəlif  sahələrinə rəhbərlik etmişdir.

Sonrakı illərdə  Nooyev  Azərittifaqın Mərkəzi Aparatında və  Taxıl Məhsulları Dövlət Şirkətində rəhbər vəzifələrdə çalışmışdır. O, hazırda  İqtisadiyyat nazirliyində məsul vəzifədə işləyir. Məlumat üçün bildirək ki, ötən əsrin 93-95--cı illərində, yəni çətin dövrdə ölkənin taxıl məhsulları ilə təmin olunmasında M.Nooyevin xüsusi xidmətləri olub. Məhəmməd Nooyev Azərbaycan dövlətçiliyinə, Ümummilli lider  Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin siyasi kursuna sadiqliyi ilə fərqlənmişdir. İctimai-siyasi həyatda çox fəal olan Məhəmməd  Nooyev çoxmillətli ölkəmizdə milli münasibətlərin qorunmasına da öz töhfəsini  vermişdir.

Bir neçə gün əvvəl Beynəlxalq  tolerantlıq günündə Azərbaycan multukulturalizm modelinin ölkə daxilində və xaricdə təbliğ və təşviqi üçün  və 60 illik  yubiley münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Nooyevi Fəxri Diplomla təltif etmişdir.  

Uzun illər tanıdığım Məhəmməd müəllim bütün xidmətləri ilə yanaşı  gözəl ailə başçısı, dəyərli valideyn, həm də mehriban babadır. Onun övladları da atalarının yolunu layiqli davam etdirirlər.  

Biz də öz adımızdan Məhəmməd Nooyevi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və ölkəmizin ictimai-siyasi həyatında uğurlar arzulayırıq.

 

    Kamran Məhərrəmli 

NUH informasiya agentliyi səhifəsindən çap edilib