Dərc edilib: 25-11-2017

https://www.nuh.az/13698-.html

Bakı metrosunda sərnişinlərə qənim kəsilən qadın tutuldu

25.11.2017 13:04:36

LIVE

Bakı şəhərində oğurluq edən qadın saxlanılıb.

Qaynarinfo-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-də İmişli rayon sakini Orxan Əliyev  və Bakı şəhər sakini Əsmər Səlimova metronun "28 May” və "Elmlər Akademiyası” stansiyalarında ciblərindən mobil telefonlarının oğurlanması barədə Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə müraciət ediblər.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə cibgirliklə məşğul olan qadın müəyyən edilib və elə həmin gün saat 20:10 radələrində metronun "Elmlər Akademiyası” stansiyasında yaxalanaraq şübhəli şəxs qismində Polis Şöbəsinə gətirilib. Araşdırmalarla onun Bakı şəhərində yaşayan Əsmər Hüseynova olduğu müəyyən edilib. Üzərinə baxış keçirilərkən oğurladığı 2 ədəd mobil telefon - "İphone 5S” və "Lenovo K5” aşkar olunaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs telefonları cibgirlik yolu ilə götürdüyünü etiraf edib. Maddi sübut kimi götürülmüş həmin mobil telefonların  İmişli rayon sakini O. Əliyevə və Bakı şəhər sakini olan Ə. Səlimovaya məxsus olduğu müəyyənləşdirilib. Saxlanılan şəxsdən əvvəl oğurladığı daha 2 ədəd mobil telefon da aşkar olunaraq götürülüb və onların sahiblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.  
Faktla bağlı Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsində araşdırma aparılır. Ə.Hüseynovanın digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib