Dərc edilib: 25-11-2017

https://www.nuh.az/13700-.html

Qəza törətmiş məmur nəvəsi əsgərlikdə olduğundan xəbərsizmiş... - Şok

25.11.2017 15:11:11

Bakıda “Gelandavagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin ilk məhkəmə iclasında anket məlumatları yoxlanılarkən səhvə yol verilib.

Məhkəmə prosesində onun hərbi xidmətdə olmadığı bəyan edilsə də, əslində, Nail Allahverdiyevin xidmət etdiyi məlum olub. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində xidmət edib Xatırladaq ki, Nail Allahverdiyev dünən baş tutan məhkəmə prosesində hərbi xidmətdə olması ilə bağlı sualı cavablandırarkən mənfi cavab vermişdi /Report/.

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib