Dərc edilib: 25-11-2017

https://www.nuh.az/13702-.html

Gürcüstanda matəm elan olundu

25.11.2017 22:56:25

LIVE

Batumidə “Leoqrand” otelində baş vermiş yanğın nəticəsində insan tələfatı ilə əlaqədar noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub.


Azərtac  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Matəm günü Gürcüstanda dövlət bayrağı endiriləcək, həlak olanlar üçün dualar oxunacaq, müxtəlif ayinlər yerinə yetiriləcək.

Xatırladaq ki, noyabrın 24-dən 25-nə keçən gecə “Leoqrand” otelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb. Yanğın oteldəki spa-salon mərkəzində başlayıb. Yanğınsöndürənlər 7-ci mərtəbədə təcrid olunmuş vəziyyətdə qalan 100-dək insanı xilas edə biliblər.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib