Dərc edilib: 26-11-2017

https://www.nuh.az/13705-.html

Muqabe aylıq 150 min dollar prezident maaşını alacaq - Ömrünün sonuna kimi

26.11.2017 10:25:26

Region

Noyabrın 21-də istefa verən Zimbabve prezidenti Robert Muqabe ömrünün sonuna kimi dövlət başçısının əmək haqqını, eləcə də bir neçə milyon dollar mükafat alacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Hakim “Zanu-PF” partiyasından olan mənbə nəşrə bildirib ki, ümumilikdə, Muqabeyə büdcədən 10 milyon dollar ödəniləcək, həmçinin, prezidentin aylıq 150 min dollar maaşını əldə edəcək. 

Qəzet yazır ki, 93 yaşlı sabiq prezidentin xanımı Muqabe Qreysə də müəyyən ödənişlər olacaq, lakin dəqiq məbləğ açıqlanmayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib