Dərc edilib: 26-11-2017

https://www.nuh.az/13710-.html

Boksçu bir yumruğa öldü - Video

26.11.2017 23:13:47

İdman

Salvadorda keçirilən beynəlxalq boks turnirində ölüm baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “El Pantera” ləqəbəli Fransisko Ruiz rəqibi Rikardo Kortezdən sərt yumruq zərbəsi alaraq nokauta düşüb.

Boksçu ayağa qalxmaq istəsə də özündə olmayıb. Hakim matçı dayandırıb və dərhal həkimlər çağırılıb. Ruiz ilkin müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.

Lakin xəstəxanada beyin cərrahiyəsi olmadığı üçün boksçunu əməliyyat etmək mümkün olmayıb və Ruiz orada dünyasını dəyişib.

Ruizin yaxınlarının xəstəxana haqqında məhkəməyə şikayət edəcəyi bildirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib