Dərc edilib: 27-11-2017

https://www.nuh.az/13718-.html

Sabiq müdafiə naziri: "Yadplanetlilər gəldi, onlara atəş açdıq"

27.11.2017 13:01:13

Günün sitatı

Kanadanın sabiq müdafiə naziri Paul Hellyer yadplanetlilərlə bağlı maraqlı açıqlamalar verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, 1961-ci ildə yadplanetlilərlə əlaqə yaratdıqlarını söyləyib.
"İllər öncə başqa planetlərdən qonaqlarımız gəldi və dünyada baş verəcək proseslərlə bağlı bizi xəbərdar etdilər. Kömək etmək istədiklərini bildirdilər. Lakin biz onları planetimiz üçün təhlükə hesab edib, əvvəlcə atəş açdıq, daha sonra isə sorğu-sual etdik. Bu əlaqələrin gizli saxlanılması üçün trilyonlarla dollar vəsait xərclənildi".
Soyuq müharibə illərində 50 naməlum uçan obyektin Rusiyadan Avropaya doğru hərəkət etdiyini deyən Hellyer prezidentin bundan çox narahat olduğunu və bütün ordunu ayağa qaldırdığını bildirib.
"3 il bununla bağlı araşdırma aparıldı və məlum oldu ki, 4 fərqli növ yadplanetli Andromeda və Saturnun Ayından planetimizə gəliblər".

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib