Dərc edilib: 27-11-2017

https://www.nuh.az/13720-.html

Prezident bu layihəni təqdim etdi - 6 min cəriməsi var

27.11.2017 13:49:33

Siyasət

Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir.   APA  xəbər verir kui, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib.
 
Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.
 
Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.
 
Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.
 
Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 

 

    NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib