Dərc edilib: 27-11-2017

https://www.nuh.az/13725-.html

Flora Kərimova: "Bəstəkarlara borcum var, utanıram..."

27.11.2017 16:41:08

Maqazin

"Səhhətimdə problem yaranıb, ambulator müalicə alıram, yataq xəstəsi deyiləm".

Bu sözləri xalq artisti, sevimli müğənni Flora Kərimova səhhəti haqda kult.az-a danışarkən deyib. O, səhhətinə görə sənətə çox vaxt ayıra bilmədiyini bildirib:
"Oxuyacağım mahnılar çoxdur deyə, darıxıram. İstəyirəm, çox oxuyum. Bəstəkarlara mahnı borcum var, utanıram. Bir yeni mahnı da var, çox çalışıram ki, oxuyum. Dinləyicilərimin qarşısına əvvəlki Flora Kərimova kimi çıxmaq istəyirəm. Mən özümə qarşı həddindən artıq tələbkaram”.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib