Dərc edilib: 28-11-2017

https://www.nuh.az/13736-.html

Prezident Tərtərə getdi

28.11.2017 11:49:28

Siyasət

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfərə gəlib.

"Qafqazinfo"  xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib.

***

Azərbaycan prezidenti İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib