Dərc edilib: 28-11-2017

https://www.nuh.az/13738-.html

Şahzadələrin qaldığı “5 ulduzlu həbsxana”dan ilk - Fotolar

28.11.2017 13:54:14

Maraqlı

BBC telekanalı paytaxt “Ər-Riyad”da şahzadələrin saxlanıldığı beşulduzlu Ritz-Carlton otelinə giriş izni əldə edib.

“Qafqazinfo” xəbər verir ki, ölkənin ən zənginləri və güclülərindən ibarət 200 nəfərin saxlanıldığı oteldən ilk fotolar çəkilib. Lakin rəhbərlik şübhəlilərin üzlərinin çəkilməsinə və səslərinin qeydə alınmasına izn verməyib. 

İçəridəkilərin mobil telefonları əllərindən alındığı üçün ancaq otaqlardakı telefonlar vasitəsilə danışmaq imkanları var. İşlərinə ara verməmək üçün bir çox iş adamı elə oteldəcə ziyarətçilərini qəbul edir.

Qeyd edilir ki, artıq saxlanılanların 95 faizi sərvətləri müqabilində azadlığa çıxmaq şərti ilə razılaşıblar. Korrupsiyada şübhəli bilinənlər və ailələrinə aid 1900-a qədər bank hesabının dondurulduğu deyilir. 

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib