Dərc edilib: 28-11-2017

https://www.nuh.az/13739-.html

İlham Əliyev məcburi köçkün ailəsinə qonaq getdi - Foto

28.11.2017 14:02:24

Siyasət

Prezident İlham Əliyev Tərtər rayonuna səfərində 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.

Yaşayış kompleksindəki məktəblə tanış olan dövlət başçısına məlumat verilib ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar var.

İ. Əliyev məktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib