Dərc edilib: 28-11-2017

https://www.nuh.az/13747-.html

Türkmənbaşının adı xəritədən silinir

28.11.2017 23:54:46

Cəmiyyət

Türkmənistanın birinci prezidenti Saparmurat Niyazovun (Türkmənbaşı) adı verilən şəhər, qəsəbə və rayon adları dəyişdirilib.

“Report” xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bununla bağlı sənəd imzalayıb.

Keçmiş prezidentin atasının şərəfinə adlanan Atamırat rayonu və Atamırat şəhəri Kerkin rayonu və Kerki şəhəri adlanıb. Bundan sonra Dyanev rayonunun Niyazov qəsəbəsi Qaraşsızlık, Sərdarabat rayonu Çarcev adlanacaq.

Böyük Türkmənbaşı adına rayon ləğv edilərək ərazisi Dövlətli rayon inzibati vahidinə verilib.

Qərar imzalandığı gündən qüvvəyə minib.

Xatırladaq ki, 1985-ci ildən 2006-cı ilə qədər Türkmənistanı idarə etmiş Saparmurat Niyazovun ölkə paytaxtı Aşqabaddakı heykəli 2017-ci ilin iyulunda sökülüb.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib