Dərc edilib: 29-11-2017

https://www.nuh.az/13752-.html

Bakıda qəza törədən icra başçısı müavininin oğluna hökm oxundu

29.11.2017 12:49:19

Günün sitatı

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
 APA   xəbər verir ki, məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.
 
Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb.
   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib