Dərc edilib: 01-12-2017

https://www.nuh.az/13769-.html

Deputat: "Sərəncamları oxuduğuna görə AzTV-yə 32 milyon ayırmağa ehtiyac yoxdur"

01.12.2017 16:54:06

Müsahibə

"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində dilində telekanal açmağımız lazımdır".

Musavat.com  xəbər verir ki, bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib.
Millət vəkili Ukrayna, Qazaxıstan nümunəsində belə telekanalların olduğunu deyib.
Deputat digər kanallara ayrılan vəsaitləri xatırladıb:
"Biz 32 milyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallardan heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar böyük həvəslə prezidentin sərəncamlarını oxuyur, səfərlərini işıqlandırırlar”.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib