Dərc edilib: 02-12-2017

https://www.nuh.az/13772-.html

Vasif Talıbov onlara maşın hədiyyə etdi (FOTO)

02.12.2017 12:01:33

Siyasət

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qarabağ qazilərinə avtomobil hədiyyə edib. 
Qaynarinfo xəbər verir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərə ötən gün "NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub.
V. Talıbov mərasimdə çıxış edərək bildirib ki, avtomobillə təmin olunan şəxslərin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi Vətənə xidmətin nümunəsidir: "Bu gün xidməti borclarını layiqincə yerinə yetirən insanlara avtomobillərin təqdim olunması həm də onların hərəkət imkanlarını yaxşılaşdıracaq”. 
AM sədri onlara yeni avtomobillərin açarlarını təqdim edib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib