Dərc edilib: 02-12-2017

https://www.nuh.az/13774-.html

Daha bir gənc qadın dəm qazından zəhərlənib

02.12.2017 12:35:53

Hadisə

Paytaxtda son 3 gün ərzində dəm qazından daha bir nəfər zəhərlənib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 1-i saat 23:30 radələrində baş verib. 

Səbail rayonu, 20-ci yaşayış sahəsində yaşayan 1990-də anadan olmuş Aydan Məmmədova mənzildə dəm qazından zəhərlənib və Toksikologiya Mərkəzinə aparılıb.

Vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, bundan bir gün öncə isə 1995-ci il təvəllüdlü Fidan Sultanova dəm qazından zəhərlənərək vəfat edib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib