Dərc edilib: 02-12-2017

https://www.nuh.az/13775-.html

Dəm qazından boğulub öldü - Ən böyük arzusu...

02.12.2017 12:39:41

Hadisə

Bakıda 22 yaşlı qız dəm qazından ölüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 1-də baş verib. 1995-ci il təvəllüdlü Fidan Sultanova yaşadığı evdə dəm qazından zəhərlənərək vəfat edib.

Dizayner olan F.Sultanova kompüter oyunlarına xüsusi marağı ilə seçilib və bu mövzuda da bir neçə ay öncə tecnote.az-a müsahibə verib. O müsahibəsində  arzusunu da açıqlayıb: “Mənim bir arzum var – gələcəkdə, evimdə xüsusi bir oyun otağım olacaq, harada ki bütün konsolları bir-bir yığacam. Evimdə bir cənnət!”

Daha sonra isə o, “Biz gamerlər dünyanı daha fərqli görürük. Gamerlərin gözündə dünya həmişə daha maraqlıdır” deyib.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib