Dərc edilib: 02-12-2017

https://www.nuh.az/13787-.html

Kadırov Taysonla görüşdü

02.12.2017 22:14:29

İdman

 

Çeçenistan lideri Ramzan Kadırov amerikalı məşhur boksçu Mayk Taysonla görüşüb.

axar.az   xəbər verir ki, bu barədə məlumatı öz İnstaqram səhifəsində Kadırov yayıb.
"Bu yaxınlarda bizim yeni və xoş görüşümüz baş tutdu. Mayk Taysonun böyük boksdan getməsinə baxmayaraq, o, hələ də dünyada böyük populyarlıq və hörmətə sahibdir. Biz əmin olduq ki, dostluğumuz davam edəcək”, – deyə o bildirib.
Çeçen lider əfsanəvi boksçuya hər zaman heyran qaldığını bildirib. Kadırovun sözlərinə görə, o, Taysonla 2005-ci ildə boksçunun Çeçenistana səfəri zamanı tanış olub:
"Biz Çeçenistan gəncləri ilə Qudermesdəki elə də böyük olmayan stadionda görüşdük. Mən o zaman ona dedim ki, məhz onun döyüşlərinə baxaraq boksu sevmişəm”.
Kadırov həmçinin Taysonun məhz islamı qəbul etdikdən sonra daima provokasiyaların onu izlədiyini bildirib. Çeçen lider bütün bu provokasiyaların Taysonun ruhunu və iradəsini heç kimin sındıra bilmədiyini söyləyib.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib