Dərc edilib: 03-12-2017

https://www.nuh.az/13796-.html

Tanınmış jurnalist vəfat etdi

03.12.2017 17:11:49

Qarabağ müharibəsini işıqlandırmış tanınmış jurnalist Tatyana Çaladze vəfat edib.


 APA  xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov T. Çaladzenin ötən gecə vəfat etdiyini bildirib. Mərhum jurnalist bu gün Yasamal rayonunda Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, T. Çaladze Latviyada anadan olub, yerli qəzetlərdə çalışıb. Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gələn T. Çaladze qəlpə yarası alıb. Jurnalist Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sayda məqalə müəllifidir. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə T. Çaladzeyə Əməkdar jurnalist adı verilib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib