Dərc edilib: 03-12-2017

https://www.nuh.az/13800-.html

Bəy toy günü gəlini öldürdü

03.12.2017 22:59:39

Kriminal

Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, 22 yaşlı Güllü Yurtoğlu 1 həftə öncə nikaha daxil olduğu 23 yaşlı Metehan Yutroğlu tərəfindən xına mərasiminin sabahı-toy günü bıçaqlanaraq öldürülüb. 

G. Yurtoğluna 8 bıçaq zərbəsi vuran M. Yurtoğlu tarlalardan birində gizlənirmiş. O, polis tərəfindən saxlanılıb. 

Şübhəli şəxsin narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib