Dərc edilib: 03-12-2017

https://www.nuh.az/13801-.html

Hacı Məmmədov vərəm xəstəxanasında özünü asıb

03.12.2017 23:44:04

Cəmiyyət

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Lent.az-ın əldə etdiyi məlumata görə, Hacı Məmmədov bu gün Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən vərəmli xəstələr üçün nəzərdə tutulan ixtisaslaşdırılmış Müalicə Müəssisəsində özünü asaraq həyatınason qoyub.

 

Xəzər rayon Prokurorluğundan faktı Lent.az-a təsiqləyiblər. Faktla bağlı araşdırmalara başlanılıb.

 

Qey edək ki, Hacı Məmmədov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara Kəmər” əməliyyatı ilə həbs edilib və 19 yanvar 2007-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb. O, mütəşəkkil cinayətkar dəstə yaratmaqda, qətllərdə, adam oğurluğu və igər cinayətlərdə təqsirli bilinib.

 

11 il MTN-n təcridxanasında saxlanılan H.Məmməov daha sonra cəzaçəkməmüəssisəsinə köçürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib