Dərc edilib: 05-12-2017

https://www.nuh.az/13824-.html

Saakaşvili saxlanıldı, etirazçılara atəş açıldı

05.12.2017 13:46:40

Region

Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları Gürcüstanın eks-prezidenti, “Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin evində axtarış aparırlar.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, buna etiraz edən Saakaşvili yaşadığı binanın 8-ci mərtəbəsinə çıxaraq onları özünü atacağı ilə hədələyir. Hazırda Saakaşvilinin yaşadığı binanın qarşısında tərəfdarları ilə xüsusi təyinatlılar arasında qarşıdurma yaşanır. 

***

Xalq deputatı Yuri Derevyanko bildirib ki, artıq Mixail Saakaşvili saxlanılıb və ona qarşı ittiham irəli sürülüb. 

***

Qarşıdurma zamanı etirazçılara atəş açılıb. 

***

Saakaşviliyə “Cinayətkar dəstə iştirakçılarına yardım etmək və onların cinayət əməllərinin gizlədilməsi” ittihamı irəli sürülüb. İttiham olunduğu maddə üzrə siyasətçini 3 ildən beş ilə kimi həbs cəzası gözləyir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib