Dərc edilib: 05-12-2017

https://www.nuh.az/13831-.html

Ədalət Muradov təhsil naziri olacaq

05.12.2017 17:55:10

Cəmiyyət

Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi barəsində sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər sərəncamla Fazil Məmmədov vergilər naziri, Mikayıl Cabbarov isə təhsil naziri vəzifəsindən azad edilib.
Qeyd edək ki, hələki təhsil naziri vəzifəsinə təyinat yoxdur. Lakin etibarlı mənbə "Təzadlar"ın əməkdaşına bildirib ki, bu vəzifəyə Dövlət İqtisad Universitetindən namizəd var: bu ADİU-nun rektoru, professor Ədalət Muradovdur. Belə ki, Ədalət Muradovun rektor təyinatında təhsil naziri Mikayıl Cabbarovun böyük rolu olmuşdu, onların yaxın münasibətdə olduğu bildirilirdi... 
Məlumatı bir daha başqa bir mötəbər mənbədən dəqiqləşdirirk. Bizi izləyin.
"Təzadlar"

NUH informasiya agentliyi səhifəsindən çap edilib