Dərc edilib: 06-12-2017

https://www.nuh.az/13840-.html

“Gənclik Mall”a qoyunla girdilər - Yenilənib + Foto

06.12.2017 12:57:15

Maraqlı

Ötən gün “Gənclik Mall” ticarət mərkəzində maraqlı  hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Bakıya Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) qonaq gələn turistlər “Mall”a boğazı iplə bağlanmış qoyunla girib. 

Həmin anı vətəndaşlardan biri lentə alaraq “show_news” instaqram səhifəsində atıb. Həmin foto sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.

***

Əldə etyimiz məlumata görə, foto "Coincasa" mağazasının qarşısında çəkilib.  "Qafqazinfo" mövzu ilə bağlı mağaza ilə əlaqə saxlayıb. Bildirilib ki, sözügedən çəkiliş Yeni illə bağlıdır:

"Həmin şəxslər ərəblər deyil. Çəkiliş dünən axşam saat 22:00-dan sonra baş tutub. Reklam roliki Yeni ilə görə hazırlanıb. Bununla bağlı geniş açıqlama verəcəyik". 

*** 

Bir neçə şahid "Qafqazinfo"ya müraciət edərək baş verənlərdən narahat olduqlarını və buna etiraz etdiklərini bildiriblər. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib