Dərc edilib: 06-12-2017

https://www.nuh.az/13842-.html

Xaləddin İsgəndərov gedir...İbrahim Mehdiyev gəlir

06.12.2017 13:56:44

Cəmiyyət

Bir neçə gün əvvəl  keçmiş nəqliyyat naziri  Ziya Məmmədovun yaxın qohumu,  Quba Rayon İcra Hakimiyyətinin başçısı  Yaşar Məmmədov  vəzifəsindən azad edildi.

Mövcud İdarəetmənin məntiqi ilə yanaşdıqda yəqin ki, yaxın günlərdə Binəqədi  Rayon İcra Hakimiyyətinin başçısı  Xaləddin İsgəndərov da vəzifəsi ilə vidalaşacaq.

Çünki  Xaləddin İsgəndərov da yaxın qohumu, sabiq  vergilər naziri Fazil Məmədovun dəstəyi ilə vəzifəyə təyin olunmuşdu.

NUH.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda Xaləddin İsgəndərov  vəzifəsindən azad ediləcək. Və  onu  Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyev əvəz edəcək.

 

    NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib