Dərc edilib: 08-12-2017

https://www.nuh.az/13874-.html

Yeni təhsil naziri - Fərəh Əliyeva

08.12.2017 14:02:26

Cəmiyyət

Bir neçə  gün əvvəl  prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov  vəzifəsindən azad edildi.

Boş qalan təhsil  naziri postuna kimin təyin olunacağı sosial şəbəkədə, mediada ciddi müzakirə mövzusuna çevrilib. Hətta  xeyli  sayda  namizədlərin adı  hallanıb: Kamal Abdulla, Hamlet İsaxanlı, Qənirə Paşayeva, Misir Mərdanaov,  Nərgiz Paşayeva,  Səməd  Seyidov və s.

 

NUH.az-a daxil olan məlumata görə  yeni təhsil  nazir  Fərəh Əliyeva olacaq.

Məlumat üçün bildirək ki, Fərəh Əliyeva 2 may 2014-cü ildə Prezidentin sərəncamı  ilə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib