Dərc edilib: 08-12-2017

https://www.nuh.az/13879-.html

Prezidentdən Xarici Kəşfiyyatla bağlı sərəncam

08.12.2017 15:31:59

Siyasət

"Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabinetinə Dövlət Proqramının həyata keçirilməsini Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində təmin etmək tapşırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib