Dərc edilib: 08-12-2017

https://www.nuh.az/13886-.html

İlham Əliyev səfirləri geri çağırdı

08.12.2017 18:47:17

Siyasət

Prezident İlham Əliyev Abbasəli Həsənovun Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər sərəncamları ilə Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Kamil Tacid oğlu Xasiyev isə Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib