Dərc edilib: 09-12-2017

https://www.nuh.az/13902-.html

Bu qurum Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı

09.12.2017 10:20:18

Günün sitatı

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb.

Trend  xəbər verir ki, bununla bağı "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında" qərarda dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, bu qərarın 1-3-cü hissələrində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında yazılmış "Nazirlər Kabineti yanında" sözləri çıxarılıb.
Bununla yanaşı, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə"yə dəyişiklik edilib. Bu dəyişikliyiə əsasən də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısındakı "Nazirlər Kabineti yanında" sözləri çıxarılıb. Qoruq əvvəllər olduğu kimi yenə də İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə ediləcək.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib