Dərc edilib: 14-12-2017

https://www.nuh.az/13915-.html

Azərbaycanda 16 terrorçu məhv edildi

14.12.2017 18:39:14

Günün sitatı

Azərbaycanda vəhabi təriqəti ilə məşğul olan şəxslər fəallaşıb.

Trend  xəbər verir ki, bunu Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov deyib.
Onun sözlərinə görə, ölkədə vəhabilik və digər yad dini cərəyan nümayəndələri bu gün də Azərbaycanda fəaliyyət göstərir, qadın və azyaşlıları bu işə cəlb edir: 
"Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib. Əməliyyatlar zamanı 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün 258 nəfərin vətəndaşlığı ləğv edilib".

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib