Dərc edilib: 15-12-2017

https://www.nuh.az/13923-.html

“Putin məndən şeytandan qorxduğu kimi qorxur”

15.12.2017 13:38:45

Dünya

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin ondan qorxduğunu bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Saakaşvili Feysbuk hesabında Rusiya liderinin mətbuat konfransı zamanı onun adının çəkməsini xatırladaraq “O mənə nifrət edir və şeytandan qorxduğu kimi qorxur” deyə yazıb.

Siyasətçi həmçinin qeyd edib ki, onun 3 günlük həbsi Rusiya və Ukrayna Təhlükəsizlik Xidmətlərinin birgə işinin nəticəsidir.

Xatırladaq ki,  V. Putin bu gün illik mətbuat konfransında M. Saakaşvili ilə bağlı suala cavab verərkən deyib:

“Saakaşvilinin etdikləri gürcü və ukrayna xalqlarının üzünə tüpürmək deməkdir. Siz buna necə dözürsünüz? O, Gürcüstana rəhbərlik edirdi, indi isə meydanlarda qaçır və qışqırır ki, “mən ukraynalıyam”. Ukraynada normal biri yoxdur? Ürəyim qan ağlayır”. 

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib