Dərc edilib: 15-12-2017

https://www.nuh.az/13928-.html

Onun adını Milli Məclisdə çəkmək istəmirəm, buna layiq deyil

15.12.2017 15:18:02

Günün sitatı

"Silahlı Qüvvələr Ali Baş Komandana tabedir. Bu sahəyə ictimai nəzarətin olmasının əleyhinəyəm. Bu iş hansı qeyri-hökumət təşkilatına tapşırılacaq, onların silahdan başı çıxırmı?”.

 "Report”   xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O, orduya ictimai nəzarətin olması ilə bağlı təklifə etiraz edib: "Bəzən elə olur ki, hərbi xidmətdə olmayanlar hərbi haqqında qanundan danışırlar. Dünyada bu cür təcrübə var. Müqavilə əsasında formalaşan ordu olur, bu zaman ictimai nəzarətə ehtiyac yaranır". 
S.Novruzov bildirib ki, orduya mütəxəssis rəhbərlik etməlidir: "Bir dəfə orduya rəhbərliyi riyaziyyatçıya həvalə etdik, nəticəsini gördük. Nələrin baş verdiyi hamının yadındadır. Onun adını çəkmək istəmirəm, Milli Məclisə layiq deyil. Orduya profesionanal zabitlər rəhbərlik etməlidirlər. Media da Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməlidir”.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib