Dərc edilib: 16-12-2017

https://www.nuh.az/13935-.html

Akif İslamzadə illər sonra sirrini açdı

16.12.2017 00:13:18

Maqazin

Xalq artisti, tanınmış sənətçi Akif İslamzadə illər sonra yaradıcılığı ilə bağlı sirrini açıb.

Yenicag.az-a açıqlama verən xalq artisti sandığında gizlətdiyi və heç yerdə səslənməyən musiqilərindən danışıb. Sənətkar yaxın günlərdə o mahnıları üzə çıxartmaq niyyətində olduğunu deyib:
"Bunu ilk dəfədir ki, deyirəm. Evdə bir sandığım var. Elə mahnılarım var ki, o sandıqda gizlətmişəm. Onlar heç kimin eşitmədiyi ifadır. İstəyirəm ki, heç olmasa bundan sonra üzə çıxarım. Dinləyicilərin o musiqiləri necə qarşılayacağı mənə də maraqlıdır. Hətta o bəstələrdən ibarət albom buraxmağı da düşünürəm”.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib