Dərc edilib: 16-12-2017

https://www.nuh.az/13936-.html

“Qüds əldən gedərsə, Kəbəni də itirərik” - Ərdoğan

16.12.2017 00:34:14

Müsahibə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirlərdən birində çıxışı zamanı Yaxın Şərqdə davam edən proseslərdən danışıb.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir k, Ərdoğan Suriyada ssenariləri pozulan qüvvələrin müsəlmanlara Qüds üzərindən hücuma keçdiklərini bildirib.

O deyib ki, Qüds əldən gedərsə Mədinəni də qorumaq mümkün olmayacaq:

“Mədinə əldə çıxarsa Məkkəni, Məkkə gedərsə Kəbəni də itirərik. Kəbə müsəlmanların şərəfi, namusu, qüruru, var olmaq səbəbidir. Biz bunların heç birindən imtina etməyəcəyik. Allahın əmrinə və əcdadımızın əmanətinə sahib çıxmaq üçün nə lazımdırsa onu da edəcəyik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib