Dərc edilib: 16-12-2017

https://www.nuh.az/13940-.html

Məşhur milyarder və həyat yoldaşı evində ölü tapıldı

16.12.2017 12:17:19

Kriminal

Kanada polisi "Apotex" dərman firmasının sahibi Barri Şermanvə həyat yoldaşı Honi Şermanın evlərində ölü tapılması barədə məlumat yayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Forbes jurnalına görə 3,2 milyard dollara sahib Barri Şerman və həyat yoldaşının meyiti Torontoda yerləşən evində aşkarlanıb və cütlüyün ölümü şübhəli hesab edilib. Lakin evin qapısında zorakılıq əlaməti aşkar edilməyib.
Polis işçisi Deyvid Hopkinson istintaqın başladığını və cəsədlərin ekspertizaya göndərildiyini deyib.
Qeyd edək ki, milyarder cütlüyün yaşadığı ev 5,4 milyon dollara satışa çıxarılmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib