Dərc edilib: 16-12-2017

https://www.nuh.az/13941-.html

Baş nazirinin oğlu evində ölü tapılıb

16.12.2017 14:20:08

Region

Türkiyənin keçmiş baş naziri Mesut Yılmazın oğlu Yavuz Yılmaz evində ölü olaraq tapılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, eks-baş nazirin oğlunun Beykozdakı evində silahla vurulmuş halda tapıldığı məlum olub. 

38 yaşlı Yılmazın intihar etdiyi ehtimal edilir. Oğlunun ölümündən ABŞ-da xəbər tutan Mesut Yılmaz təcili Türkiyəyə dönməyə hazırlaşır. 

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib