Dərc edilib: 18-12-2017

https://www.nuh.az/13975-.html

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

18.12.2017 00:11:15

İdman

Azərbaycan cüdoçusu İrina Kindzerskaya Dneprepetrovsk şəhərində keçirilən Ukraynanın Mütləq Çempionatının qalibi olub.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, ukraynalı legioner finalda yerli idmançı Anastasiya Sapsayı yenib.
26 yaşlı cüdoçu bildirib ki, rəqiblərini təcrübəsi hesabına və onları yaxşı tanıdığı üçün məğlubiyyətə uğradıb: "Biz birgə böyümüş və məşq etmişik".
Kişilər arasında mütləq çempion adını isə Yakov Xammo əldə edib. 50-dək cüdoçunun qatıldığı çempionatın ümumi mükafat fondu 15 min dollar olub.
İrina Kindzerskaya Azərbaycan vətəndaşlığını mayda qəbul edib. 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kindzerskaya "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında fərdi və komanda mübarizəsində gümüş, dünya çempionatında isə bürünc medal qazanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib