Dərc edilib: 18-12-2017

https://www.nuh.az/13976-.html

Əli Həsənovun nəvəsinə 6 il cəza verildi

18.12.2017 12:13:54

Hadisə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb. İclasda N.Allahverdiyevə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəyib və N.Allahverdiyevə 7 il azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib. Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb. N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir. *** Məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə N.Allahverdiyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsinə xitam verilib. Hakim bildirib ki, bu maddə üzrə verilən ittiham məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib. Yəni, N.Allahverdiyev hadisə yerindən qaçmayıb.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib