Dərc edilib: 18-12-2017

https://www.nuh.az/13980-.html

Azərsun xəbəri təkzib etdi

18.12.2017 13:25:57

İqtisadiyyat

 

 

Bu gün  saytlarda  yayılan xəbərdə   qeyd olunur ki, "Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verir.

Unikal.org-a daxil olan məlumatda bildirilir ki, yaşının artması ilə əlaqədar Abdulbari Gözəl "Azərsun Holdinq”in müşahidə şurasının sədri vəzifəsindən getməyi düşünür. O buna görə, Dubayda yaşamış oğlu Əhməd Gözəli Bakıya gətirib.
Hazırda "Azərsun Holdinq”in idarəçiliyini öyrənən Əhməd Gözəl yaxın günlərdə atasının rəhbəri olduğu şirkətin başına keçəcəyi gözlənilir.
Yayılan xəbərlə bağlı  "AzərSun" Holdingin ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov  NUH.az-a  bildirib ki, yayılan xəbər həqiqətə  uyğun deyil. 
 
     NUH.az 
 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib