Dərc edilib: 18-12-2017

https://www.nuh.az/13981-.html

Qəddafinin oğlu prezident olmaq istəyir

18.12.2017 13:54:56

Dünya

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam prezident seçkilərində iştirak etmək niyyətindədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qəddafinin oğlu 2018-ci ilin ortalarında baş tutacaq prezident seçkilərində namizədliyini irəli sürəcək. 

Artıq Seyf əl-İslam öz proqramını da hazırlayıb və yaxın günlərdə elan edəcək. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib