Dərc edilib: 18-12-2017

https://www.nuh.az/13984-.html

Ziya Məmmədovun oğlu "Hafka"nın obyektini əlindən aldı (FOTO)

18.12.2017 14:48:25

Kriminal

"Delfin” MMC "Bakı” Futbol Klubu MMC-ni məhkəməyə verib.
 report-un  xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Delfin” MMC futbol klubunu xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə tələb irəli sürüb.
Məhkəmə prosesi zamanı "Bakı” klubu qarşı tərəfdən "pulun tutulması” barədə qarşılıqlı iddia qaldırıb.
Qərara əsasən, ilkin iddia təmin edilib, lakin qarşılıqlı iddia rədd olunub.
 
Məhkəmə qərarından narazı qalan "Bakı” Futbol Klubu MMC rəhbərliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, "Delfin” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun şirkətlərindən biridir. Bu MMC "Garant Holding”in tərkibinə daxilir. "Bakı” Futbol Klubu isə "Baghlan Group”un sahibi "Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovundur.
Xatırladaq ki, "Bakı” Azərbaycanın tanınmış futbol klublarından biridir. Bu komanda iki dəfə ölkə çempionu, üç dəfə Azərbaycan kubokuna sahib olub. Həmçinin "Bakı” Azərbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib. Klub hazırda Azərbaycanın aşağı yaş qrupları üzrə liqalarda "İsgəndər Cavadov Akademiyası” ilə təmsil olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib