Dərc edilib: 18-12-2017

https://www.nuh.az/13987-.html

Qubanın yeni icra başçısı özünə təzə 1-ci müavin təyin etdi

18.12.2017 16:39:34

Region

Məlumdur ki,  2 dekabr  tarixində  Prezident Quba  RİH-nin başçısı  Yaşar Məmmədovu  vəzifəsindən azad edərək

uzun müddət “Azəravtoyol”da çalışmış Ziyəddin Əliyevi rayona  başçı təyin edib.

Yeni  təyinatdan bir neçə gün  sonra  başçının birinci müavini  Yusif Abidov  vəzifəsindən uzaqlaşdırılıb.  

NUH.az-a daxil olan məlumata görə, yeni icra başçısı bu gün  uzun müddət  Yol idarəsində çalışmış  Aydəmir Manafovu  özünə birinci müavin təyin edib.  

Məlumatı rayon icra hakimiyyətindən təsdiq etdilər.

 

     NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib