Dərc edilib: 19-12-2017

https://www.nuh.az/13999-.html

Toyuq oğrusuna 2 il 6 ay cəza

19.12.2017 14:00:29

Kriminal

Bakı Ağır Cinayətlər Məhkəməsində toyuq oğurlamaqda təqsirləndirilən Asəf Nəbiyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə A.Nəbiyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan Nəbiyev bu gün məhkəmə zalında həbs edilib.

A.Nəbiyev Xaçmazda Zaur Zeynalovun 231 manat olan 33 ədəd toyuğunu, Mübariz Seyidəliyevun velosipedini oğurlayıb. Bundan başqa da bir neçə yerdən oğurluq edib. A.Nəbiyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib