Dərc edilib: 19-12-2017

https://www.nuh.az/14000-.html

Deputatdan təklif: Ordu qəbiristanlığı yaradılsın

19.12.2017 14:05:52

Müsahibə

Azərbaycanda orduda dünyasını dəyişənlərin qəbirlərinin ayrıca və standart qaydada hazırlanması təklif olunur.

APA  xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional siyasət məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə çıxış edib.
O qeyd edib ki, dünyada bu praktika var və orduda həlak olanların ayrıca, standart qəbirlərdən ibarət qəbiristanlığının olması mümkündür.
Komitə sədri bunun "Ordu qəbiristanlığı" adlandırıla biləcəyini də deyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib