Dərc edilib: 19-12-2017

https://www.nuh.az/14002-.html

“O deputatdır, nə deyə bilərik?"

19.12.2017 16:34:06

Region

Beyləqan sakini Ruhid Əliyev keçmiş deputat Ayaz Orucovdan şikayətçidir. O bununla bağlı “Qafqazinfo”ya müraciət edib. 

Şikayətçi qeyd edib ki,  Beyləqanda atası Məhəmməd Əliyevin adına şəhərin mərkəzində 20 sot torpaq sahəsi var: “Bütün sənədlər atamın adınadır.  2014- cü ilin sonlarına yaxın o zaman  deputat olan Ayaz Orucov şəhərdə yerləşən obyektimi qeyri-qanuni şəkildə öz villasının həyətinə salıb. Hazırda villanın həyəti  mənim torpağımla bərabər 50 sotdur. 

Həmin villa tikilən zaman Bakıdaydım. Artıq hasarı çəkdirmişdi. Rayon İcra Hakimiyyətinə müraciət etdik. Dedilər ki, o deputatdır. Biz ona nə deyə bilərik ki?  İndi deputat olmasa da, hara şikayət edirəmsə, yenə də məsələyə baxan yoxdur. 

Eks-deputat Ayaz Orucov da sözügedən məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, şikayətçi məhkəməyə müraciət edə bilər: “Azərbaycanda məhkəmə orqanları  var. Həmin orqan da kimin haqlı haqsız olduğuna dair də qərar qəbul edə bilər”.

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib