Dərc edilib: 20-12-2017

https://www.nuh.az/14012-.html

“Bakı Metropoliteni”nin strukturu dəyişdi, kapitalı artırıldı

20.12.2017 09:53:37

Maraqlı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) strukturu dəyişib.

 

APA   məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.
 
Hazırda “Bakı Metropoliteni” QSC-nin strukturu “Bakı Metropoliteni” QSC-nin  aparatı, “Bakı Metropoliteni” QSC-nin törəmə müəssisələri olan 1, 2 və 3 saylı Tunel Tikinti idarələri, Xüsusi Tamamlama İşlər İdarəsi, Xüsusi Hidrotexniki İşlər İdarəsi, Dəmir  Beton Konstruksiyalar Zavodu, Mexanikləşdirmə İdarəsi, Avtonəqliyyat Müəssisəsi, “Bakımetrolayihə” İnstitutu, Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi, İstehsalat Texniki Komplektləşdirmə İdarəsi və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar olan Hərəkət Xidməti, Yol Xidməti, Tunel Qurğuları Xidməti, Elektrik Təchizatı Xidməti, İşarəvermə və Rabitə Xidməti, Elektromexanika Xidməti, Əsaslı Təmir Xidməti, Depolar üzrə iş Departamenti, Birləşmiş emalatxanalar, Avtomotonəqliyyat Xidməti və “Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzindən ibarətdir.
 
Dəyişikliyə əsasən Bakı Metropoliteni” QSC-nin  strukturu  “Bakı Metropoliteni” QSC-nin Aparatı, “Bakı Metropoliteni” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar olan Hərəkət Xidməti, Yol Xidməti, Tunel Qurğuları Xidməti, Elektrik Təchizatı Xidməti, İşarəvermə və Rabitə Xidməti, Elektromexanika Xidməti, Əsaslı Təmir Xidməti, Depolar üzrə İş Departamenti, Birləşmiş emalatxanalar, Diaqnostika və Metroloji Təminat Mərkəzi, Eskalator Xidməti, Nəqliyyat və Xüsusi Texnika Departamenti, Tikinti Departamenti, Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamenti, Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti, Yaşıllaşdırma və Vaqonların Təmizlik Təsərrüfatı Xidməti, İnformasiya və Kommunikasiya Texnologiyaları Xidməti, “Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzi və  Vaqonların Əsaslı Təmir Xidmətindən ibarət olacaq.
 
Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatasıvə “Bakı Metropoliteni” QSC-yə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Eləcə də, qurumun Nizamnamə kapitalı artırılıb.  Bekə ki, hazırda “Bakı Metropoliteni” QSC-nin Nizamnamə kapitalı 1  milyard 770 milyon  950 min  768 manat 2 qəpikdir, onun səhmlərinin nominal dəyərindən təşkil olunub və nominal dəyəri 14 manat  14 qəpik olan 125 milyon 244 min 43 ədəd adi səhmdən ibarətdir. Dəyişikliyə əsasən Cəmiyyətin Nizamnamə kapitalı artırılaraq 2 milyard 580 milyon 638 min 397 min 20 qəpiyə,  səhmlərinin sayı 182 milyon 506 min 251 ədədə çatdırılıb. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib