Dərc edilib: 20-12-2017

https://www.nuh.az/14016-.html

Hacı Qalibin oğluna hökm oxundu

20.12.2017 13:30:50

Hadisə

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadəyə hökm oxunub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı çıxış edərək Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına zor tətbiq etməkdə ittiham edilir.

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib