Dərc edilib: 20-12-2017

https://www.nuh.az/14018-.html

Nazirlər Bakıda görüşdülər

20.12.2017 13:44:47

Region

Bu gün Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilir.

“Qafqazinfo” xəbər verir ki, nazirlər Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. 

Türkiyənin XİN başçısı Ermənistan tərəfinin 2009-cu ildə ildə Türkiyə ilə imzalanan, ikitərəfli əlaqələrin normallaşdırılmasına yönələn protokolları ləğv edəcəkləri ilə bağlı açıqlamasına münasibət bildirib:

“Ermənistan həm günahkardır, həm də haqlı görünməyə çalışır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş ölkədir. Qarabağ problemi ortada. Bir çox beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qərarları ortada. Xocalı qətliamı ortada. Ermənistan hansı haqqını müdafiə etməyə çalışır. Biz bunlara rəğmən, Azərbaycanın qəbul etdiyi hər formulu dəstəkləməyə hazırıq. Biz bir addım atmaq istədik. Ermənistan işğal etdiyi torpaqlardan çəkiləcək və biz də münasibətlərimizi normallaşdıracaqdıq. Daha sonra Ermənistanın Konstitusiya məhkəməsi protokoldakı bir çox şərtləri ləğv etdi. Həmin protokol qalsa nə olacaqdı, ləğv edilsə nə olacaq, onsuz da içi boşaldılmışdı”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib